Kriştiano Ronaldodan Çempionlar Liqasına VİDA - VİDEO

Xəbərlər
1 May 2025 00:18
554
Kriştiano Ronaldodan Çempionlar Liqasına VİDA - VİDEO

Kriştiano Ronaldonun Asiya Çempionlar Liqasını qazanmaq arzusu bir il təxirə düşüb.

İdman.biz xəbər verir ki, portuqaliyalı ulduzun çıxış etdiyi "Əl-Nəsr" turnirin yarımfinalında mübarizəni dayandırıb.

Ronaldonun komandası öz meydanında "Kavazaki Frontale"yə (Yaponiya) 2:3 hesabı ilə uduzub. 90 dəqiqə meydanda olan Kriştiano komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının finalında "Kavazaki Frontale" "Əl-Əhli" (Səudiyyə Ərəbistanı) ilə qarşılaşacaq.

İdman.biz