Niderlandlı müdafiəçi müqavilə bağlamağa tələsmir

Xəbərlər
12 Mart 2025 22:56
76
Niderlandlı müdafiəçi müqavilə bağlamağa tələsmir

Virgil van Deyk "Liverpul"la yeni müqavilə ilə bağlı danışıqların davam etdiyini deyib.

İdman.biz xəbər verir ki, o, hələlik yekun qərar verilmədiyini bildirib.

Niderlandlı müdafiəçinin sözlərinə görə, gələcəyi ilə bağlı hər hansı qərara gəlməyib: "Hazırda heç nə məlum deyil. Danışıqlar dayandırılmayıb. Bu mövsümdə hələ 10 oyunumuz var. Mən bu görüşlərə köklənmişəm".

Qeyd edək ki, 33 yaşlı futbolçunun müqaviləsi bu ilin yayında bitəcək. O, 2018-ci ildən "Liverpul"da çıxış edir.

İdman.biz