"Mançester Yunayted" Amorimdən də vaz keçir

Xəbərlər
19 Fevral 2025 23:30
150
"Mançester Yunayted" Amorimdən də vaz keçir

"Mançester Yunayted" baş məşqçi Ruben Amorimlə yollarını ayıra bilər.

İdman.biz İngiltərənin Mirror nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyinin portuqaliyalı mütəxəssisə etimadı qalmayıb.

Ötən ilin noyabrından "qırmızı şeytanlar"a rəhbərlik edənn 40 yaşlı məşqçi heç cür komandanı çətin vəziyyətdən çıxara bilməyib. İngiltərə Premyer Liqasının son turunda "Totenhem"ə (0:1) məğlubiyyət rəhbərliyini səbir kasasını doldurub. "Mançester Yunayted" Amorimin rəhbərliyi ilə 21 oyunda 10 qələbə qazanıb, 2 dəfə heç-heçə oynayıb və 9 dəfə uduzub.

Qeyd edək ki, 25 oyundan sonra 29 xalla 15-ci pillədə qərarlaşıb. Mançester təmsilçisi Rubenin təyinatı üçün "Sportinq"ə 11 milyon avro təzminat ödəyib.

İdman.biz