18 yaşlı müdafiəçi "Mançester Siti"də

27 Yanvar 2025 20:56
252
18 yaşlı müdafiəçi "Mançester Siti"də

"Mançester Siti" İngiltərənin gənclər yığmasının futbolçusunu transfer edib.

İdman.biz xəbər verir ki, "şəhərlilər" Kristian Makfarleynlə müqavilə imzalayıblar.

18 yaşlı müdafiəçi “Nyu York Siti”dən "Mançester Siti"yə keçib. Kristian son mövsümdə MLS-də 8 oyunda meydana çıxıb.

Qeyd edək ki, Makfarleyn İngiltərə U-18 yığmasında çıxış edir.

İdman.biz