"Barselona"nın yeni transferi İbrahim Diarra komandanın əvəzedici heyətində məşqlərə başlayıb.
İdman.biz xəbər verir ki, bir neçə gün əvvəl 18 yaşı tamam olan yarımmüdafiəçi bu şansı əldə edib.
O, yanvarın 1-dən "Barselona Atletik"in heyətində rəsmi oyunlarda çıxış etməyə başlayacaq.
Qeyd edək ki, Diarra az əvvəl Barselona" heyətinə Malidəki "Academie Africa Foot"dan qoşulub.
İdman.biz