“Liverpul” müdafiəçi axtarışında

Xəbərlər
30 Noyabr 2024 12:27
137
“Liverpul” müdafiəçi axtarışında

“Liverpul” Trent Aleksander-Arnolda əvəzləyici axtarışına başlayıb.

İdman.biz xəbər verir ki, İngiltərə klubu müdafiəçisinin klubdan ayrılacağından sonra arxa xətti yeni oyunçu ilə gücləndirmək niyyətindədir.

Premyer Liqa təmsilçisi Ceremi Frimponqun xidmətində maraqlıdır. Niderland millisinin və “Bayer”in müdafiəçisi Trenti əvəz etməlidir. 23 yaşlı müdafiəçi 2021-ci ilin yanvarından Almaniya klubunda çıxış edir.

Qeyd edək ki, Frimponq mövsümün 18 oyununda 1 qol vurub.

İdman.biz

Məqalədə: