Rafael Varan: “"Mançester Yunayted" Çempionlar Liqasını qazanmaq gücündədir”

Xəbərlər
2 Oktyabr 2023 16:55
235
Rafael Varan: “"Mançester Yunayted" Çempionlar Liqasını qazanmaq gücündədir”

"Mançester Yunayted"in mərkəz müdafiəçisi Rafael Varan "qırmızı şeytanlar"ın bu mövsüm Çempionlar Liqasını qazana biləcəyinə inanır.

İdman.biz xəbər verir ki, fransalı müdafiəçi verdiyi açıqlamada bunları deyib: “Uğur qazana biləcəyimizi düşünürəm. Bizdə yüksək keyfiyyətli kompozisiya var. Bu yarışda hər bir detala diqqət yetirmək lazımdır. Oyun planında bəzi şeyləri yaxşılaşdırmalıyıq. Qrup mərhələsini arzuladığımız imi başlamadıq, lakin biz dünyanın ən yaxşı komandaları ilə rəqabət aparmağa qadirik”.

Qeyd edək ki, “Mançester Yunayted” Çempionlar Liqasında qrup mərhələsinin ilk matçında “Bavariya”ya uduzub. Komanda sabah öz meydanında “Qalatasaray”la qarşılaşacaq.

İdman.biz