"Çelsi" əlavə vaxtda qalib gəlib

Xəbərlər
29 İyun 2025 03:59
42
"Çelsi" əlavə vaxtda qalib gəlib

Klublarası dünya çempionatında ikinci 1/4 finalçı müəyyənləşib.

İdman.biz xəbər verir ki, "Benfika" və "Çelsi" münasibətlərə aydınlıq gətiriblər.

Bu görüş pis hava şəraiti üzündən uzun müddət yarımçıq dayandırılıb. "Çelsi" 64-cü dəqiqədən hesabı açıb. Ceyms cərimə zərbəsini dəqiq yerinə yetirib. Di Maria 90+5-ci dəqiqədə penaltinin dəqiq yerinə yetirib. Nəticədə qalib əlavə vaxtda müəyənləşib. Nkunku, Neto və Devsburi-Hallun vurduqları qollar London klubunu 4:1 hesablı qələbə qazandırıb.

"Çelsi" 1/4 finalda "Palmeyras"la qarşılaşacaq.

Dünya çempionatı
1/8 final

28 iyun
20:00. "Benfika" (Portuqaliya) - "Çelsi" (İngiltərə) - 1:1, ə.v 0:3
Qollar:
Di Mariya, 90+5 - Ceyms, 64. Nkunku, 108. Neto, 114. Devsburi-Hall, 117

İdman.biz