Qattuzo istefaya göndərilib

19 Fevral 2024 15:46
452
Qattuzo istefaya göndərilib

“Marsel” baş məşqçisi Cennero Qattuzonu istefaya göndərib.

İdman.biz xəbər verir ki, onunla birlikdə köməkçiləri də Liqa1 təmsilçisini tərk ediblər.

Buna klub rəhbərliyinin komandanın çıxışından narazılığı səbəb olub. Baş məşqçi postuna Jan-Lui Qassenin gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, 22 oyunda 30 xal toplayan “Marsel” turnir cədvəlində 9-cu yerdə qərarlaşıb.

İdman.biz

Məqalədə: