“Bavariya” Leverkuzendə 3 alıb

Xəbərlər
10 Fevral 2024 23:37
160
“Bavariya” Leverkuzendə 3 alıb

Bu gün Almaniya Bundesliqasında 21-ci turun 6 oyunu baş tutub.

İdman.biz xəbər verir ki, turun mərkəzi görüşündə “Bayer”lə “Bavariya” qarşılaşıb.

Leverkuzendə keçirilən oyunda meydan sahibləri 3:0 hesabı ilə qələbə qazanıblar. Bu qələbədən sonra “Bayer” əsas rəqibi ilə aradakı xal fərqini 5-ə yüksəldib. Leverkezunlilərin hesabında 55, “pivəçilər”in isə 50 xal var.

“Volfsburq”un uğursuz oyunlar seriyası davam edir. Komanda səfərdə “Union Berlin”ə uduzub. “Canavarlar” 6 matçdır 3 xala həsrət qalıblar.

Almaniya Bundesliqası
21-ci tur

Auqsburq – Leypsiq – 2:2
Borussiya M – Darmştadt – 0:0
Ayntraxt – Bohum – 1:1
Union Berlin – Volfsburq – 1:0
Verder – Haydenhaym – 1:2
Bayer L – Bavariya – 3:0

İdman.biz