“Liverpul”un argentinalı yarımmüdafiəçisi Aleksis Mak Allisterlə yeni müqavilə danışıqlarına başlamaq planı yoxdur.
İdman.Biz jurnalist Ben Ceykobsa istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun hazırkı müqaviləsinin müddətinin başa çatmasına iki ildən az vaxt qalsa da, klub hələlik onunla yeni razılaşmanı müzakirə etmək niyyətində deyil.
Mak Allister isə müqaviləsinin uzadılması ilə bağlı danışıqların aparılmamasından narazıdır.
Eyni zamanda, “Liverpul” gələn il yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır. Klubun transfer siyahısında “Bornmut”un üzvü Aleks Skott və “Monako”da çıxış edən Lamin Kamara yer alır.
Mak Allister Andoni İraolanın rəhbərliyi altında komandanın ən yaxşı çıxış edən futbolçularından biridir. Argentinalı yarımmüdafiəçi cari mövsümdə keçirdiyi 11 oyunda dörd qol vurub və bir məhsuldar ötürmə edib.
O, bu həftə Çempionlar Liqasının əsas mərhələsində “Vilyarreal” üzərində 4:3 hesablı qələbə ilə başa çatan görüşdə iki dəfə fərqlənib.
