“Atletiko” heyətinə yeni müdafiəçi qatıb

Xəbərlər
31 Yanvar 2024 16:16
217
“Atletiko” heyətinə yeni müdafiəçi qatıb

“Atletiko” heyətinə yeni futbolçu qatıb.

İdman.biz xəbər verir ki bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

Madrid təmsilçisi Qabriel Paulista ilə müqavilə imzalayıb. 33 yaşlı müdafiəçi mövsümün sonunadək “Atletiko” forması geyinəcək.

O, yeni klubuna azad agent kimi qoşulub. Braziliyalının “Valensiya” ilə anlaşmasına bir müddət əvvəl xitam verilib.

Qeyd edək ki, Paulista cari mövsüm La Liqada 18 oyun keçirib.

İdman.biz