Holand Premyer Liqanın tarixinə düşdü: 100 qola ən tez çatan futbolçu oldu

17 Oktyabr 2026 21:11
93
Holand Premyer Liqanın tarixinə düşdü: 100 qola ən tez çatan futbolçu oldu

“Mançester Siti”nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının tarixində yeni rekorda imza atıb.

İdman.Biz “Opta Sport”a istinadən xəbər verir ki, norveçli futbolçu çempionatda penaltidən vurulan qollar nəzərə alınmadan 100 qol həddinə ən tez çatan oyunçu olub.

Holand bu göstəriciyə cəmi 139 matçda nail olub. Bu, Premyer Liqanın tarixində ən yaxşı nəticədir.

25 yaşlı hücumçu rekordunu yeddinci turda “İpsviç”lə keçirilən qarşılaşmada rəsmiləşdirib. O, komandasının 3:2 hesabı ilə qalib gəldiyi oyunda dubl edib.

Holand cari mövsüm Premyer Liqada keçirdiyi altı oyunda səkkiz qol vurub.

İdman.Biz