“Liverpul” futbolçusunu Liqa1-ə göndərib

30 Yanvar 2024 12:57
447
“Liverpul” futbolçusunu Liqa1-ə göndərib

"Liverpul"un futbolçusu Kelvin Remzinin taleyinə aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, müdafiəçi karyerasını İngiltərənin Liqa1-ində davam etdirəcək.

Remzi "Bolton"a icarəyə verilib. O, mövsümün sonunadək yeni klubunun uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Bolton" Liqa1-in turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

İdman.biz