Vinisius qırmızı vərəqəyə görə komandasından və azarkeşlərdən üzr istədi

11 Oktyabr 2026 06:13
104
Vinisius qırmızı vərəqəyə görə komandasından və azarkeşlərdən üzr istədi

“Real Madrid”in futbolçusu Vinisius Junior La Liqanın səkkizinci turunda “Vilyarreal” üzərində 1:0 hesablı qələbə qazandıqları görüşdə meydandan qovulmasına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkə hesabında komandasından və azarkeşlərdən üzr istəyib:

“Sevinc davam edir... Komandamdan və azarkeşlərdən üzr istəyirəm”.

Vinisius qarşılaşmanın 74-cü dəqiqəsində rəqibinin saçından tutduğu üçün birbaşa qırmızı vərəqə alıb.

Səkkiz oyundan sonra 18 xalla üçüncü pillədə qərarlaşan “Real” növbəti turda “Sevilya” ilə qarşılaşacaq. Görüş oktyabrın 18-də keçiriləcək.

İdman.Biz