“Qalatasaray” azlıqda qalmasına baxmayaraq, “Kasımpaşa”nı məğlub etdi - VİDEO

9 Oktyabr 2026 23:04
113
“Qalatasaray” azlıqda qalmasına baxmayaraq, “Kasımpaşa”nı məğlub etdi

“Qalatasaray” Türkiyə Superliqasının yeddinci turunda doğma meydanda “Kasımpaşa”nı 3:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, meydan sahibləri 45-ci dəqiqədə hesabı açıblar. Aleksey Batrakovun cərimə zərbəsindən ötürməsini Abdülkerim Bardakcı başla qola çevirib.

65-ci dəqiqədə Lukas Torreyra birbaşa qırmızı vərəqə alaraq “Qalatasaray”ı azlıqda qoyub. Bundan üç dəqiqə sonra Cessuran Rak-Sakyi hesabı bərabərləşdirib.

Buna baxmayaraq, İstanbul klubu son dəqiqələrdə qələbə qazanmağı bacarıb. 90-cı dəqiqədə Barış Yılmaz komandasını yenidən önə keçirib. 90+6-cı dəqiqədə isə Mario Lemina Viktor Osimhenin ötürməsindən sonra yekun hesabı müəyyənləşdirib - 3:1.

Bu qələbə sayəsində xallarının sayını 16-ya çatdıran “Qalatasaray” “Amed”i geridə qoyaraq turnir cədvəlində liderliyə yüksəlib.

Mövsümdə ilk məğlubiyyətini alan “Kasımpaşa” isə 10 xalla səkkizinci pillədə qərarlaşıb.

İdman.Biz