“Barselona” gənc futbolçusu Xavi Espartla əməkdaşlığı davam etdirmək qərarına gəlib.
İdman.Biz xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı sağ cinah müdafiəçisi ilə müqavilənin müddəti 2030-cu il iyunun 30-dək uzadılıb.
“Barselona”nın məşhur “La Masiya” akademiyasının yetirməsi olan Espart bu ilin martında əsas komandada debüt edib.
Gənc futbolçu 2026/2027 mövsümündə kataloniyalıların heyətində beş qarşılaşmada meydana çıxıb, bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
