Ronaldunun anası sükutu pozdu: “Oğlumun qədrini bilmirlər”

8 Oktyabr 2026 20:45
78
Ronaldunun anası sükutu pozdu: “Oğlumun qədrini bilmirlər”

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun anası Dolores Aveyru oğlunun baş məşqçi Jorje Jezuşla fikir ayrılığı səbəbindən milli komandanın düşərgəsini özbaşına tərk etməsinə münasibət bildirib.

İdman.Biz “A Bola” nəşrinə istinadən xəbər verir ki, Dolores baş verənlərdən sonra oğlu ilə telefon danışığı barədə açıqlamasını yayıb.

Aveyru Ronaldunun millidən bu şəkildə ayrılmasının ona ağır təsir etdiyini gizlətməyib.

“Çox kədərlənirəm. Oğlum ön qapıdan çıxa bilərdi, amma arxa qapıdan getdi. Yenə də eybi yoxdur, Allah onu qoruyacaq. Bir az ağladım. Bəzən insanın içindəki ağırlıqdan qurtulması üçün bu da lazımdır. Biz bunun öhdəsindən gəlməliyik”.

Dolores futbolçu ilə telefon danışığının təfərrüatını da bölüşüb:

“O mənə dedi: “Ana, narahat olma. Hamımız bir yerə toplaşanda həqiqəti danışacağam”. Mən də cavab verdim: “Yaxşı, oğlum, bu məsələni həll et”. Ona sakit qalmağı tövsiyə etdim. Amma nə etmək olar? O, artıq qərarını verib. Görək, bundan sonra nə baş verəcək. Ona bütün gücümü verdim, lakin bu da kömək etmədi”.

Ronaldunun anası oğlunun Portuqaliya futboluna verdiyi töhfələrin layiqincə qiymətləndirilmədiyini düşünür:

“Amma eybi yoxdur. O, Portuqaliya üçün çox şey edib. Həmişə bu ölkənin qəhrəmanı olub. Onun qədrini lazımınca bilmirlər”.

İdman.Biz