Premyer Liqa klubları “Mançester Siti”yə qarşı hüquqi addımlar atmağa hazırlaşır

8 Oktyabr 2026 19:30
102
Premyer Liqa klubları “Mançester Siti”yə qarşı hüquqi addımlar atmağa hazırlaşır

“Mançester Siti”nin maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsindən sonra Premyer Liqadakı rəqiblərinin klubun əleyhinə hüquqi addımlar atmağı nəzərdən keçirdiyi iddia olunur.

İdman.Biz xəbər verir ki, insayder Devid Ornşteyn “Viaplay Fotball”a açıqlamasında bir sıra klubların özlərini “qurban” hesab etdiyini və mümkün məhkəmə iddiaları vasitəsilə kompensasiya tələb etmək istədiyini bildirib.

“Klubların çoxu çox qəzəblidir, çünki özlərini qurban kimi hiss edirlər. Onlar potensial məhkəmə iddiaları vasitəsilə qisas və əvəz çıxmaq istəyirlər”, - deyə Ornşteyn bildirib.

Məlumata görə, rəqib klubların rəhbərləri uzun illər ərzində formalaşan maliyyə üstünlüyünün daxili yarışın ruhuna zərər vurduğunu düşünürlər. İngiltərənin müxtəlif klublarının mümkün zərərin ödənilməsi ilə bağlı iddialar və rəsmi şikayətlər üzrə növbəti addımları əlaqələndirdiyi bildirilir.

“Mançester Siti” isə Enzo Mareskanın rəhbərliyi altında 2026/27 mövsümündə keçirdiyi ilk 5 oyunun hamısında qalib gəlib və hazırda Premyer Liqada turnir cədvəlinə başçılıq edir.

İdman.Biz