“Mançester Siti”nin futbolçusu Erlinq Holand İngiltərə Premyer Liqasının altıncı turunda “Liverpul”la keçiriləcək oyun ərəfəsində klubun maliyyə qaydalarını pozması ilə bağlı qalmaqala münasibət bildirib.
İdman.Biz xəbər verir ki, norveçli futbolçu mövcud vəziyyətə baxmayaraq, komandanın ruhdan düşməməsinin və qarşıdakı oyunlara köklənməsinin vacibliyini vurğulayıb.
“Biz birlikdə olmalı, bir-birimizə dəstək verməli və nikbinliyimizi qorumalıyıq. Həyatda nə baş verməsindən asılı olmayaraq, həmişə gülümsəməyi bacarmalıyıq. Müsbət düşünməli, irəli baxmalı, futbol matçlarında qələbə qazanmağa çalışmalı və oyundan zövq almalıyıq”.
Norveçli hücumçu İngiltərəyə və “Mançester Siti”yə xüsusi bağlılığının olduğunu da gizlətməyib.
“Bura və ümumilikdə Böyük Britaniya mənim üçün çox əzizdir. Həm anam, həm də atam burada - Nottingem və Lidsdə on il yaşayıblar. Etiraf etməliyəm ki, “Mançester Siti” üçün çox narahatam. Azarkeşlər mənim üçün son dərəcə önəmlidir. Çünki özüm də azarkeşəm və onların hisslərini yaxşı başa düşürəm”.
Qeyd edək ki, “Mançester Siti” maliyyə qaydalarının pozulması ilə bağlı 115 epizoddan 114-ü üzrə təqsirli bilinib. İttihamlar yanlış maliyyə məlumatlarının təqdim edilməsi, futbolçu və məşqçilərə ödənişlər, eləcə də maliyyə nəzarəti tələblərinə əməl olunmaması ilə bağlıdır.
“Liverpul” - “Mançester Siti” qarşılaşması oktyabrın 11-də keçiriləcək.
