“Bavariya” “Barselona”nın ulduzuna 90 milyon avro təklif etməyə hazırlaşır

7 Oktyabr 2026 22:56
94
“Bavariya” “Barselona”nın ulduzuna 90 milyon avro təklif etməyə hazırlaşır

“Bavariya” “Barselona”nın futbolçusu Dani Olmonu transfer etmək üçün 90 milyon avroluq (180 milyon manat) təklif hazırlayır.

İdman.Biz Almaniya mediasına istinadən xəbər verir ki, Münhen klubu 28 yaşlı futbolçunu hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri kimi müəyyənləşdirib və onun transferi ilə bağlı yanvarda addım atmağı nəzərdən keçirir.

Olmonun hücumameyilli yarımmüdafiəçi, cinah oyunçusu və yalançı "9" nömrə mövqelərində çıxış edə bilməsi “Bavariya”nın marağını artırır. Futbolçunun daha əvvəl Almaniyada “Leyptsiq”də oynaması da amillərdən biridir.

Bununla belə, “Bavariya” hələ “Barselona”ya rəsmi təklif göndərməyib. Almaniya klubunun təxminən 90 milyon avro dəyərində təklif üzərində çalışdığı bildirilir.

Olmonun isə Kataloniya klubundan ayrılmaq istədiyinə dair məlumat yoxdur. İspaniyalı futbolçunun müqaviləsi 2030-cu ilə qədərdir.

Qeyd edək ki, Olmo bu mövsüm “Barselona”nın keçirdiyi səkkiz oyunun hamısında meydana çıxıb və 342 dəqiqə ərzində üç məhsuldar ötürmə edib.

İdman.Biz