Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu Lionel Messinin Argentina millisindəki çıxışından sonra onun paylaşımına şərh yazıb.
İdman.Biz xəbər verir ki, Ronaldo sosial şəbəkədə Messiyə müraciət edib.
“Leo, illərlə ölkəni qorudun - sənin tarixin həmişə yaddaşlarda qalacaq. Argentina ilə nail olduğun hər şeyə səmimi qəlbdən hörmət edirəm. Qucaqlayıram”, - deyə Ronaldu yazıb.
Qeyd edək ki, Messi və Ronaldu uzun illər İspaniya La Liqasında müvafiq olaraq “Barselona” və “Real Madrid”in formasını geyinərək bir-birlərinə qarşı mübarizə aparıb və dünya futbolunun ən böyük rəqabətlərindən birini yaşadıblar.
Messi Buenos-Ayresdə Beninə qarşı keçirilən yoldaşlıq oyununda iştirak edib. Argentina millisinin 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Messi 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Messi Argentina millisinin heyətində 208 oyunda 126 qol vurub və 70 məhsuldar ötürmə edib.
