Unai Simon İspaniyaya xəbərdarlıq etdi: “Hər şey gül-çiçək olmayacaq”

7 Oktyabr 2026 03:26
124
Unai Simon İspaniyaya xəbərdarlıq etdi: “Hər şey gül-çiçək olmayacaq”

İspaniya millisinin qapıçısı Unai Simon Millətlər Liqasında Xorvatiya üzərində 2:1 hesabı ilə qələbədən sonra komandanın dözümlülüyünü yüksək qiymətləndirib və qarşıdakı matçlarda daha çətin sınaqların olacağını bildirib.

İdman.Biz xəbər verir ki, İspaniya matçda geriyə düşsə də, ikinci hissədə meydana daxil olan Mikel Merinonun dublu sayəsində hesabı dəyişərək qələbə qazanıb. Simon isə müdafiədə yaşanan çətin məqamlardan birində məsuliyyəti üzərinə götürüb.

“Həmin seyvlərdən biri mənim topu pis uzaqlaşdırmağımdan qaynaqlandı və Laporteni çətin vəziyyətə saldım. Biz buradayıq ki, səhvləri düzəldək. Buraxdığımız qola görə təəssüf edirəm. Lakin matçın ən yaxşı oyunçusu oyuna sonradan daxil olub iki qol vurduğu üçün Merinodur...”, - deyə Simon deyib.

Simon Xorvatiyanın reaksiyasının başadüşülən olduğunu deyib. O, rəqibin evdə oynamasını, əvvəlki zəif nəticədən sonra azarkeşlərinə özünü göstərmək istəyini və təzyiq yaratmasını nəzərə almağın vacibliyini vurğulayıb:

“Xorvatiya öz meydanında oynayır, onlar çox zəif matçdan sonra gəlmişdilər və azarkeşlərinə həqiqətən yaxşı komanda olduqlarını göstərmək istəyirdilər. Millətlər Liqasının qalan oyunlarında və daha sonra hər şey gül-çiçək olmayacaq.”

İspaniyalı qapıçı komandanın heç-heçə ilə kifayətlənmək niyyətində olmadığını da bildirib:

“Biz heç-heçə ilə razılaşa bilmərik, hər şeyi qazanmalıyıq”.

İdman.Biz