“Mançester Siti” futbolçuları rəhbərliyə inanır

7 Oktyabr 2026 00:54
93
“Mançester Siti” futbolçuları rəhbərliyə inanır

“Mançester Siti”nin futbolçuları klubun 114 maliyyə pozuntusunda təqsirli bilinməsinə baxmayaraq, rəhbərliyin günahsız olduqları ilə bağlı açıqlamalarına inanırlar.

İdman.Biz xəbər verir ki, “The Athletic”in jurnalisti Devid Ornşteyn klub futbolçularının hazırda rəhbərliyə etibar etdiyini bildirib.

Onun sözlərinə görə, Pep Qvardiola da klubun mövqeyini açıq şəkildə dəstəkləyib. Ornşteyn hesab edir ki, futbolçuların əksəriyyəti komandada qalmaqdan razıdır və apellyasiya prosesinin nəticəsi məlum olmayana qədər kütləvi şəkildə ayrılmaları gözlənilmir.

Jurnalist əlavə edib ki, vəziyyət apellyasiyanın nəticəsindən sonra dəyişə bilər. Əgər klub üçün ən pis ssenari reallaşsa, bəzi futbolçular aşağı liqada çıxış etmək istəməyə bilər.

İdman.Biz