La Liqanın beş ulduzunun qiyməti kəskin düşdü - 10 milyon avro

5 Oktyabr 2026 20:46
86
La Liqanın beş ulduzunun qiyməti kəskin düşdü - 10 milyon avro

“Transfermarkt” portalının növbəti yenilənməsindən sonra La Liqada beş futbolçunun bazar dəyəri 10 milyon avro (20 milyon manat) aşağı düşüb.

İdman.Biz xəbər verir ki, “Real Madrid”in hücumçusu Vinisius Juniorun qiyməti 140 milyon avrodan 130 milyon avroya enib. “Atletiko”nun forvardi Xulian Alvaresin dəyəri isə 120 milyondan 110 milyon avroya düşüb.

“Atletiko”nun digər futbolçusu Kristian Romero ilə “Barselona”nın müdafiəçisi Alexandro Baldenin də bazar qiyməti 10 milyon avro azalıb. Onların hər ikisi hazırda 40 milyon avro dəyərində qiymətləndirilir.

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun bazar dəyəri də 10 milyon avro azalaraq 25 milyon avroya enib.romer

Qeyd edək ki, hazırda İspaniya çempionatında “Barselona” liderdir.

İdman.Biz