Niderland millisinin baş məşqçisi Xavi Ernandes beynəlxalq təqvimin həddindən artıq sıx olduğunu bildirib.
İdman.Biz “The Touchline”yə istinadən xəbər verir ki, mütəxəssis hazırkı təqvimin nə yığmalar, nə də futbolçularını milli komandalara göndərən klublar üçün əlverişli olmadığını deyib.
“Dörd oyun həddindən artıq çoxdur. Ola bilər ki, üç oyun keçirmək olar, amma həm klublar, həm də milli komandalar üçün iki beynəlxalq oyun tamamilə kifayətdir. Belə bir təqvim ən yaxşı variant deyil. O, nə yığmalara sərfəlidir, nə də oyunçularını buraxan, lakin bəzən onları zədələnmiş halda geri alan klublara.
Dünya çempionatından üç ay sonra belə sıx təqvim təşkil etmək sözün əsl mənasında problemlərə dəvətnamə çıxarmaq deməkdir. Həm də məşqlər, səfərlər, matçlardan sonra bərpa prosesi və digər hər şey var. Mövsümün belə bir dövründə beynəlxalq pəncərəni planlaşdırmaq çox qəribədir. Mən iki beynəlxalq oyunun olmasını üstün tutardım. Belə hamı üçün daha yaxşı olardı”, – deyə Xavi bildirib.
Qeyd edək ki, Xavi avqustun 12-də Niderland millisinin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda Millətlər Liqasında üç oyun keçirib. Niderland Almaniya (1:1) və Yunanıstanla (2:2) heç-heçə edib, Serbiyaya isə 2:1 hesabı ilə qalib gəlib.
