“Barselona”nın futbolçusu Serxi Roberto klubu tərk edəcək.
İdman.biz xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi mövsümün sonunda La Liqa təmsilçisindən azad agent kimi ayrılacaq.
Buna Xavinin mövsümün sonunda komandadan gedəcəyini açıqlaması səbəb olub. Daha bir il “Barselona”da qalmaq niyyətində olan Roberto bunu baş məşqçi ilə də müzakirə edib. Klub rəhbərliyi onunla müqaviləni uzatmamağa qərar verib.
Qeyd edək ki, yarımmüdafiəçi “Barselona”nın yetirməsidir. O, mövsümün 14 matçında 3 qola imza atıb.
İdman.biz
