Zidan İtaliya ilə oyun öncəsi Materassiyə vurduğu “kəllə”ni xatırladı

1 Oktyabr 2026 20:39
91
Zidan İtaliya ilə oyun öncəsi Materassiyə vurduğu “kəllə”ni xatırladı

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan İtaliya ilə Millətlər Liqasının oyunundan əvvəl 2006-cı il dünya çempionatının finalında Marko Materassiyə başla vurduğu zərbəni xatırlayıb.

İdman.Biz xəbər verir ki, komandalar Millətlər Liqasının üçüncü turunda oktyabrın 2-də qarşılaşacaqlar. Zidan mətbuat konfransında 2006-cı il finalındakı hadisə ilə bağlı sualı cavablandırıb:

“2006-cı il? Kadrlar həmişə bunu mənə xatırladır, çünki həmin an hər yerdə durmadan fırladılır (gülümsəyir). Mən daha çox müsbət məqamlar haqqında düşünürəm. “Yuventus” mənim üçün xüsusi klub olub, məhz orada mühüm oyunçuya çevrildim. 2006-cı ildə etdiklərimlə qürur duymuram. Bu, yolun bir hissəsidir. Hamımız səhvlərə yol veririk. Ən əsası bundan sonra nə olacağıdır, Fransa milli komandasını nə gözləyir”.

Qeyd edək ki, 2006-cı il dünya çempionatının Fransa və İtaliya arasında keçirilən finalında Zidan 110-cu dəqiqədə Materatsinin sinəsinə başla zərbə endirib. Fransa millisinin kapitanı bu hərəkətinə görə qırmızı vərəqə alaraq meydandan qovulub.

İdman.Biz