Felipe Melo “Mançester Siti”dən dünya çempionu kubokunu tələb etdi

1 Oktyabr 2026 18:27
82
Felipe Melo “Mançester Siti”dən dünya çempionu kubokunu tələb etdi

“Fluminense”nin sabiq futbolçusu Felipe Melo “Mançester Siti”nin maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsindən sonra klubun 2023-cü ildə qazandığı Klublararası Dünya Çempionatı titulunun əlindən alınmasını zarafatla tələb edib.

İdman.Biz “Ole” nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu kubokun finalda “Mançester Siti”yə 0:4 hesabı ilə uduzan “Fluminense”yə verilməli olduğunu bildirib.

“Mançester Siti” hər şeyini itirməlidir. Mənə Klublararası Dünya Çempionatı kubokumu verin! Mən kubokla Rio-de-Janeyroda - Kopakabanadan tutmuş Barra-da-Tijukaya qədər maşın sürəcəyəm. Dünya çempionları! Onların hər şeyini əllərindən alın”.

Qeyd edək ki, bu açıqlama müstəqil komissiyanın “Mançester Siti”ni 2009-2018-ci illəri əhatə edən maliyyə qaydalarının ciddi şəkildə pozulmasında təqsirli bilməsindən sonra səslənib. Klub hazırda rəsmi sanksiya gözləyir.

İdman.Biz