Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo milli komandanın düşərgəsini tərk edib.
İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, futbolçu yaxın saatlarda şəxsi təyyarəsi ilə Madriddən Səudiyyə Ərəbistanına yollanacaq.
Portuqaliya oktyabrın 1-də UEFA Millətlər Liqasının A Liqasının dördüncü qrupunda Danimarka ilə qarşılaşacaq. Görüş Kopenhagendəki “Parken” stadionunda keçiriləcək.
Daha əvvəl Ronaldunun milli komandanın məşqini baş məşqçi Jorje Jezuşun komandada heç bir münaqişənin olmadığını bildirməsinə baxmayaraq tərk etdiyi barədə məlumat yayılmışdı. Jezuş mətbuat konfransında hücumçunun Danimarka ilə matçı buraxa biləcəyini də açıqlayıb.
Ronaldu Millətlər Liqasında Portuqaliyanın keçirdiyi iki oyundan yalnız Uelslə matçda (1:0) iştirak edib və 67 dəqiqə meydanda qalıb. O, Norveçlə 2:1 hesablı qələbə qazanılan qarşılaşmada isə meydana çıxmayıb.
