“Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola klubun İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsinə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Qvardiola sosial şəbəkə hesabında “Mançester Siti” azarkeşlərinə müraciət edərək klubun yanında olduğunu vurğulayıb.
“Mən bütün dünyada hər bir “Mançester Siti” azarkeşinin bilməsini istəyirəm: mən buradayam – indi hər zamankından daha güclüyəm.
Mən həmişə klubumun, sahibimin, sədrimin, Ferranın (Soriano), oyunçuların, işçilərin, Enzonun (Mareska) və sizin – bizim bənzərsiz azarkeşlərimizin yanında olmuşam, varam və olacağam.
Tamamilə aydın demək istəyirəm: biz bundan birlikdə keçəcəyik. Hamınızı sevirəm”, – deyə Qvardiola yazıb.
Qeyd edək ki, sentyabrın 25-də müstəqil komissiyanın “Mançester Siti”ni irəli sürülmüş 115 bənddən 114-də təqsirli bildiyi barədə məlumat yayılıb. Cəzalardan biri kimi klubun Premyer Liqadan kənarlaşdırılması da nəzərdən keçirilə bilər.
İspaniyalı mütəxəssis 2016-cı ildən 2026-cı ilə qədər “Mançester Siti”ni çalışdırıb.
