Paris Brunner “Monako”nun heyətində bu mövsüm Liqa 1-in ən parlaq gənc futbolçularından birinə çevrilib. “Borussiya" Dortmund isə keçmiş hücumçusunun çıxışlarını diqqətlə izləməkdə davam edir.
İdman.Biz xəbər verir ki, 20 yaşlı futbolçu 2024-cü ildə 4 milyon avro qarşılığında “Dortmund”dan “Monako”ya keçib. O, bir mövsüm icarə əsasında “Serkl Brügge”də çıxış etdikdən sonra ötən mövsüm az şans qazanıb. Brunner hazırda Filipe Luisin rəhbərliyi altında əsas heyət oyunçusuna çevrilib və keçirdiyi 7 oyunda 6 qol vurub.
“Sky Germany” jurnalisti Patrik Bergerin sözlərinə görə, “Dortmund”un Brunnerin müqaviləsində nəzəri olaraq geri satınalma bəndi ola bilər.
“Klub daxilindəki iki mənbə mənə bildirdi ki, Brunner üçün “Dortmund”da geri alma opsionu nəzəri olaraq mümkündür”, – Berger deyib.
“Dortmund”un idman direktoru Lars Rikken də hücumçuya maraqlarının davam etdiyini təsdiqləyib.
“O, əla oğlandır. Hətta “Dortmund”da belə bəzən onun haqqında hekayələr eşidirdik, lakin o, həmişə meydanda özünü göstərib. Qapılar Paris üçün bağlı deyil”, – Rikken bildirib.
Bununla belə, heyətdə Seru Qirassi və Fabio Silvanın olması səbəbindən “Dortmund” hazırda yeni 9 nömrə transferini prioritet hesab etmir.
