“Real Madrid”in hücumçusu Vinisius Junior Avstraliya ilə yoldaşlıq oyununda (4:2) Braziliyanın üçüncü penalti zərbəsini niyə özü yerinə yetirdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, Rafinya meydanda olmayanda adətən penalti vuran Bruno Gimaraesin bu dəfə topu Vinisiusa həvalə edib.
“Rafinya oynamayanda penalti vuranımız Bruno Gimaraes olur və zənn edirdim ki, o vurmaq istəyəcək. Lakin o bilir ki, hazırda, bu məqamda mənim bir az özünəinama ehtiyacım var”, – deyə Vinisius bildirib.
Braziliya millisi Karlo Ançelottinin rəhbərliyi altında növbəti qələbəsini qazanarkən Vinisius penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, Rafinya sağ budunda əzələ diskomfortu hiss etdiyi üçün fasilədə əvəzlənib. Ançelotti daha sonra Vinisiusu tərifləsə də, futbolçunun hazırda ən yaxşı formasında olmadığını etiraf edib.
26 yaşlı hücumçu milli komandada qazandığı özünəinamı “Real Madrid”dəki çıxışına da daşımağa çalışacaq.
