“İnter Mayami”nin futbolçusu Lionel Messi Argentina millisinin qarşıdakı matçları üçün heyətə çağırılacaq.
İdman.Biz xəbər verir ki, 39 yaşlı əfsanəvi futbolçu milli komandadakı karyerasını başa vursa da, onun azarkeşlərlə vidalaşmaq üçün komandadakı son matçını keçirə biləcəyi gözlənilir.
View this post on Instagram
Messi Argentina millisinin heyətində sonuncu dəfə dünya çempionatının finalında çıxış edib. Həmin oyunda onun komandası İspaniyaya minimal hesabla məğlub olub (0:1).
Argentina millisinin yaxın vaxtlardakı oyunları:
30 sentyabr: Argentina – Boliviya (Kordova)
3 oktyabr: Argentina – Burkina-Faso (Buenos-Ayres)
6 oktyabr: Argentina – Benin (Buenos-Ayres)
