Fransanın PSJ futbol komandasının hücumçusu Ferran Torres UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
İdman.Biz xəbər verir ki, ispaniyalı oyunçu turnirin əsas mərhələsinin ilk turunda “Slovan Bratislava”ya qarşı matçda het-trik edib və komandasının 6:1 hesablı qələbəsində əsas pay sahiblərindən biri olub. UEFA həmin qarşılaşmada da Torresi matçın ən yaxşı futbolçusu seçib.
Torres ilk turdan sonra üç qolla Çempionlar Liqasının bombardirləri siyahısına başçılıq edən futbolçulardan biridir. Eyni göstəriciyə “Ştutqart”ın hücumçusu Ermedin Demiroviç də malikdir.
