Bruno Fernandes “Qızıl top”a namizəddir

8 Sentyabr 2026 00:43
83
Bruno Fernandes “Qızıl top”a namizəddir

“Mançester Yunayted”in futbolçusu Bruno Fernandes 2026-cı il “Qızıl top” mükafatına 30 namizədin yer aldığı siyahıya daxil ediləcək.

İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçu nüfuzlu fərdi mükafata namizədlər arasında yer alacaq.

Namizədlərin rəsmi siyahısının sentyabrın 8-də açıqlanması gözlənilir.

Fernandes ötən mövsüm İngiltərə Premyer Liqasında 21 məhsuldar ötürmə ilə turnirin bir mövsüm ərzində assist rekordunu yeniləyib. “Qırmızı şeytanlar”ın kapitanı çempionatda keçirdiyi 35 matçda 9 qol da vurub.

Portuqaliyalı futbolçu cari mövsümə də məhsuldar başlayıb. O, keçirdiyi 3 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da keçiriləcək. Mükafatın son sahibi PSJ-nin hücumçusu Osman Dembeledir.

İdman.Biz