İngiltərənin “Mançester Siti” futbol komandasının hücumçusu Erlinq Holand heyətin hazırda keçid və yenidənqurma mərhələsində olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, norveçli futbolçu yay transfer pəncərəsində görülən işi xüsusilə yüksək qiymətləndirib.
“Biz hələ də müəyyən mənada yenidənqurma mərhələsindəyik, amma transfer pəncərəsi fantastik keçdi. Klubu və burada çalışan insanları təbrik etmək lazımdır. Onlar fantastik futbolçular gətiriblər. Üstəlik, bu oyunçular çox yaxşı insanlardır və komandaya əla uyğunlaşıblar”, - Holand deyib.
25 yaşlı forvard hesab edir ki, yeni transferlərin təkcə futbol keyfiyyəti deyil, kollektivə uyğunlaşması da “Mançester Siti” üçün mühüm üstünlükdür.
Qeyd edək ki, “Mançester Siti” son transfer pəncərəsində heyətini yeniləyərək komandanın yaş strukturunda və oyunçu profilində ciddi dəyişikliklər edib.
