Bu gün Avropanın TOP-5 liqaları və Türkiyə Super Liqasında ümumilikdə altı oyun keçiriləcək.
İdman.Biz xəbər verir ki, La Liqanın dördüncü turunda “Xetafe” “Selta”nı, “Elçe” isə “Real Sosyedad”ı qəbul edəcək.
İtaliya A Seriyasının üçüncü turunda “Kalyari” - “Leççe” və “Udineze” - “Latsio” görüşləri baş tutacaq.
Türkiyə Super Liqasının dördüncü turunda isə “Göztəpə” “Qaziantep”lə, “Rizespor” “Alanyaspor”la üz-üzə gələcək.
7 sentyabrın oyunları (Bakı vaxtı ilə):
La Liqa
21:00 “Xetafe” - “Selta”
23:30 “Elçe” - “Real Sosyedad”
A Seriyası
20:30 “Kalyari” - “Leççe”
22:45 “Udineze” - “Latsio”
Türkiyə Super Liqası
21:00 “Göztəpə” - “Qaziantep”
21:00 “Rizespor” - “Alanyaspor”
İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası və Fransa Liqa 1-də bu gün oyun nəzərdə tutulmayıb.
