Ronald Kumanın oğlu Erediviziyada tarix yazdı, qapıçı dubl etdi - VİDEO

6 Sentyabr 2026 23:59
64
Ronald Kumanın oğlu Erediviziyada tarix yazdı, qapıçı dubl etdi - VİDEO

Niderland futbolunun əfsanəsi Ronald Kumanın oğlu Ronald Kuman junior Erediviziya tarixində unikal nəticəyə imza atıb.

İdman.Biz xəbər verir ki, “Telstar”ın 31 yaşlı qapıçısı “Kambur”la 2:2 hesabı ilə başa çatan qarşılaşmada komandasının hər iki qolunu vurub. Bununla da o, Erediviziya tarixində bir oyunda dubl edən ilk qapıçı olub.

“Telstar” 22-ci dəqiqədən etibarən azlıqda oynayıb. “Kambur” ikinci hissədə Rafik El Arquioui və Nikolas Binderin qolları ilə 2:0 önə keçib.

63-cü dəqiqədə Ronald Kuman junior penaltidən fərqi minimuma endirib. Matçın sonlarında “Telstar” daha bir penalti qazanıb və qapıçı 90+11-ci dəqiqədə yenidən dəqiq olub - 2:2.

Maraqlıdır ki, Kuman junior ötən mövsümün son turunda da penaltidən qol vuraraq “Telstar”ın Erediviziyada qalmasına kömək etmişdi.

İdman.Biz
Məqalədə: