Cavad Ağayev və Minayə Əkbərova qızıl medal qazanıb, komandamız ümumi hesabda birinci yeri tutub
Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandası İsveçrənin Sanqt-Qallen şəhərində keçirilən “Swiss Open” beynəlxalq turnirində uğurlu çıxış edib.
İdman.Biz xəbər verir ki, yığmamızın üzvləri Cavad Ağayev və Minayə Əkbərova bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
74 kq çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev turniri qızıl medalla başa vurub. Qadınların yarışında 46 kq-da çıxış edən Minayə Əkbərova da bütün görüşlərində qələbə qazanaraq çempion olub.
Azərbaycan komandası fərdi nəticələrin yekununa əsasən ümumi hesabda birinci yeri tutub və “Swiss Open”in kubokuna sahib çıxıb.

