“Əl-Nəsr” futbol komandasının kapitanı Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasının beşinci turunda “Əl-İttihad”la oyunda maraqlı hərəkəti ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, “Əl-İttihad”ın baş məşqçisi Jens Vissinq oyun zamanı Danilo Pereyraya üzərində taktiki göstərişlərin yazıldığı qeyd verib. Ronaldu isə komanda yoldaşlarının yerləşdirilməsi ilə bağlı məlumatı öyrənmək üçün portuqaliyalı futbolçunun arxasına keçərək kağıza baxmağa çalışıb.
Danilo Pereyra bunu hiss etdikdən sonra Ronaldunun hərəkətinə gülümsəyib.
Qeyd edək ki, Ciddədə keçirilən görüş “Əl-İttihad”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Corc İlenixena iki qol vurub, “Əl-Nəsr”in yeganə qoluna isə Anjelo imza atıb. Ronaldu bu matçda fərqlənə bilməyib.
