“Qarabağ”ın sabiq futbolçusu Uroş Matiç Serbiyanın “Yedinstvo” klubunun baş məşqçisi vəzifəsindən ayrılıb.
İdman.Biz xəbər verir ki, serbiyalı mütəxəssis “Napredak”a 1:2 hesablı məğlubiyyətdən sonra istefa verib. Klub onun qərarının qəti olduğunu açıqlayıb.
Matiç məşqçilik fəaliyyətinə 2025-ci ilin yanvarında məhz “Yedinstvo”da başlayıb. Bu, onun baş məşqçi kimi ilk işi olub.
37 yaşlı mütəxəssis futbolçu karyerasında 2020/21 mövsümündə “Qarabağ”ın formasını geyinib. O, 2020-ci ilin iyulunda Danimarkanın “Kopenhagen” klubundan Ağdam təmsilçisinə keçib.

“Yedinstvo” Matiçin rəhbərliyi altında Serbiya Kubokunda tarixində ilk dəfə yarımfinala yüksəlib. Lakin komanda cari mövsümün ilk yeddi turunda cəmi dörd xal toplayıb və son beş matçda qələbə qazana bilməyib.
