Nani rəqibini cüdo fəndi ilə yerə yıxdı - VİDEO

6 Sentyabr 2026 12:32
36
Nani rəqibini cüdo fəndi ilə yerə yıxdı - VİDEO

Qazaxıstan Premyer Liqasının 25-ci turunda keçirilən “Aktobe” – “Jenis” matçında maraqlı epizod yaşanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın 11-ci dəqiqəsində “Jenis”in kapitanı İslambek Kuat Luiş Nani ilə mübarizə zamanı portuqaliyalı futbolçunu boynundan tutub. Nani isə buna rəqibini cüdo fəndini xatırladan hərəkətlə kürəyi üzərindən yerə yıxmaqla cavab verib.

Baş hakim Sergey Nojenko epizoddan sonra 39 yaşlı Naniyə sarı vərəqə göstərib. Hadisənin topdan kənarda baş verməsi də diqqət çəkib.

Qeyd edək ki, matç “Aktobe”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 81-ci dəqiqədə Artur Şuşenaçev vurub.

İdman.Biz