İsakın dublu “Liverpul”a “İpsviç” üzərində qələbə qazandırdı - VİDEO

5 Sentyabr 2026 01:06
104
İsakın dublu “Liverpul”a “İpsviç” üzərində qələbə qazandırdı

“Liverpul” futbol klubu İngiltərə Premyer Liqasının üçüncü turunda “İpsviç”i məğlub edib.

İdman.Biz xəbər verir ki, “Portman Road” stadionundakı görüş mersisaydçıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki qol matçın əvvəlində vurulub. Aleksander İsak altıncı dəqiqədə hesabı açıb, üç dəqiqə sonra isə yenidən fərqlənərək dubl edib.

İsak son 15 ildə Premyer Liqada “Liverpul”un heyətində vurduğu ən sürətli dublun müəllifi olub.

Üç turdan sonra “Liverpul” 5 xal toplayıb və turnir cədvəlində beşinci yerdə qərarlaşıb. “İpsviç” isə 3 xalla 13-cü pillədə yerləşir.

Növbəti turda, sentyabrın 12-də “Liverpul” “Fulhem”i qəbul edəcək, “İpsviç” isə həmin gün səfərdə “Kristal Pelas”la qarşılaşacaq.

İdman.Biz