UEFA-nın Nizam-İntizam Komitəsi Çempionlar Liqasının pley-off mərhələsində “Fənərbağça” ilə “Lion” arasında keçirilən oyundan sonra baş verən insidentlə bağlı qərarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, “Fənərbağça”nın yarımmüdafiəçisi Matteo Genduzi 4, “Lion”un qapıçılar üzrə məşqçisi Antonio Ferreyra isə 5 oyunluq diskvalifikasiya edilib. Ferreyranın cəzasının 2 oyunu şərti xarakter daşıyır və onun üçün 1 illik sınaq müddəti müəyyənləşdirilib.
“Fənərbağça”nın vingeri Meyson Qrinvud 1 oyunluq şərti diskvalifikasiyaya məruz qalıb.
Bundan əlavə, “Lion” 108,5 min, “Fənərbağça” 95 min, Genduzi isə 30 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, insident avqustun 26-da keçirilən qarşılaşmadan sonra baş verib. “Fənərbağça” 2:1 hesabı ilə qalib gəlib və iki oyunun nəticəsinə əsasən 3:2 hesabı ilə üstün olaraq Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib.
Görüşdən sonra Genduzi qələbəni nümayişkaranə şəkildə qeyd edib və tribunadakı azarkeşləri təxribata çəkməyə çalışıb. Daha sonra o, tunelə doğru gedərkən “Lion”un qapıçılar üzrə məşqçisi Antonio Ferreyra tərəfindən hücuma məruz qalıb. Bundan sonra komandaların üzvləri arasında kütləvi dava baş verib.
