“Verona” İtaliya Kubokunda “Kalyari”yə qalib gəlib
İdman.Biz xəbər verir ki, İtaliya Kubokunun üçüncü mərhələsinin matçında “Verona” səfərdə “Kalyari”ni 2:1 hesabı ilə məğlub edib.
Qonaqların qollarını Abdu Harrui və Samuele Mulatyeri vurub. Meydan sahiblərinin heyətində isə Pol Mendi fərqlənib.
“Palermo” isə doğma meydanda “Mantova”nı 5:2 hesabı ilə darmadağın edib. “Palermo” İtaliya Kubokunun 1/8 finalında dekabrın 2-də səfərdə “Bolonya” ilə qarşılaşacaq.
