Taliska “Fənərbağça”dan ayrıldı – yeni komandası bəlli oldu

3 Sentyabr 2026 23:43
101
Taliska “Fənərbağça”dan ayrıldı – yeni komandası bəlli oldu

İstanbulun “Fənərbağça” futbol klubu Anderson Taliska ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, xarici futbolçu limiti səbəbindən komandadan ayrılan 32 yaşlı braziliyalı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu ilə razılığa gəlib.

Taliska yeni komandası ilə iki illik müqavilə imzalamaq üçün BƏƏ-yə yollanıb. O, İstanbuldan ayrılmadan əvvəl son məşqdə komanda yoldaşları ilə vidalaşıb.

Braziliyalı futbolçunun “Fənərbağça”dan ayrılmaq istəməyib. “Takvim”in məlumatına görə, Taliska yaxın ətrafına İstanbul klubundan zorla göndərildiyini deyib.

Qeyd edək ki, Taliska 2024/2025 mövsümünün qış fasiləsində “Fənərbağça”ya keçib. O, İstanbul təmsilçisinin heyətində 75 oyuna çıxıb, 44 qol vurub və 7 məhsuldar ötürmə edib.

İdman.Biz