Modriçdən Ronaldu ilə bağlı əminlik: “1000 qola mütləq çatacaq”

3 Sentyabr 2026 23:04
104
Modriçdən Ronaldu ilə bağlı əminlik: “1000 qola mütləq çatacaq”

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldunun karyerasında 1000-cü qola çatmaq ehtimalı barədə hazırda “Milan”da çıxış edən futbolçu Luka Modriç də fikirlərini bölüşüb.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi portuqaliyalı futbolçunun bu hədəfə çatacağına şübhə etmədiyini bildirib.

“Onu tanıyaraq, 1000 qol vuracağını təbii hesab etmək olarmı? Ona cəmi 22 qol çatmır və o, rəsmi oyunlarda 1000 qol vuran tarixdə ilk futbolçu olacaq”.

Modriç Ronaldunu yüksək qiymətləndirərək onun xarakterinin və özünə inamının xüsusi olduğunu vurğulayıb:

“Kriştiano inanılmazdır. O, fenomendir, canavardır və bu göstəriciyə çatacağına heç bir şübhəm yoxdur. Onun gördüyü işlər, etməyə davam etdikləri və hər matçda bütün gücünü ortaya qoyması heyranedicidir.

Onun qarşısında ən azı bir il var və dediyim kimi, o, mütləq bu həddə çatacaq. Bu, inanılmazdır. Onun daha nə qədər oynamaq istəyəcəyini bilmirəm. Lakin hətta 50 yaşına qədər futbol oynamaq istəsə belə, qol vurmağa davam edəcək. Onun qol vurmaq bacarığı, xüsusilə xarakteri, inamı və özünə əminliyi heyrətamizdir”.

Qeyd edək ki, Modriç və Kriştiano Ronaldo 2012–2018-ci illərdə “Real Madrid”də komanda yoldaşı olublar.

İdman.Biz