“Real” Asensio ilə bağlı intizam araşdırmasına başlayıb

2 Sentyabr 2026 23:59
85
“Real” Asensio ilə bağlı intizam araşdırmasına başlayıb

İspaniyanın “Real Madrid” futbol klubu müdafiəçisi Raul Asensio ilə bağlı intizam araşdırmasına başlayıb.

İdman.Biz COPE-ya istinadən xəbər verir ki,avqustun 16-da Asensio “Porsche” markalı avtomobil idarə edərkən saxlanılıb. Futbolçunun qanında alkoqolun miqdarı icazə verilən normadan dörd dəfə çox olub.

Məhkəmə qərarına əsasən, 23 yaşlı müdafiəçi səkkiz ay müddətinə sürücülük hüququndan məhrum edilib və 14 400 avro məbləğində cərimələnib.

“Real Madrid”də futbolçunun hərəkətinin klubun imicinə ciddi zərər vurduğunu düşünürlər. Bu səbəbdən Asensionun əlavə cəza ilə üzləşməsi istisna edilmir.

Qeyd edək ki, Asensio 2025-ci ilin yayında “Real Madrid”lə müqaviləsini 2031-ci ilədək uzadıb.

İdman.Biz