Messinin şərəfinə ölkəsində "10-cu dəqiqə" aksiyası keçiriləcək

2 Sentyabr 2026 23:08
80
Messinin şərəfinə ölkəsində "10-cu dəqiqə" aksiyası keçiriləcək

Argentina Futbol Assosiasiyası (AFA) milli komandadakı karyerasını başa vuran Lionel Messinin ehtiramına qeyri-adi aksiya təşkil edir.

İdman.Biz xəbər verir ki, bu həftəsonu keçiriləcək Argentinanın bütün liqalarında matçlar 10-cu dəqiqədə bir dəqiqəlik dayandırılacaq.

Stadionlardakı azarkeşlər və futbolçular əfsanəvi hücumçunun milli komandadakı 10 nömrəli formasına və tarixi nailiyyətlərinə ehtiram əlaməti olaraq oyunu alqışlayacaq. AFA-nın bu təşəbbüsü təkcə yüksək liqada deyil, aşağı divizionların bütün qarşılaşmalarında tətbiq olunacaq.

Xatırladaq ki, Messi Argentina millisi ilə DÇ-2022-nin, iki dəfə Amerika Kubokunun (2021, 2024) və "Finalissima"nın (2022) qalibi olub.

İdman.Biz